Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.
Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Bildirilir ki, rayonun Şilyan kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Abdulağa oğlu Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Mahir qızı Abdulovanı bıçaqlayaraq öldürüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Qətlin səbəbləri araşdırılır.