EN

Türkiyədə SOCAR-a məxsus neft emalı zavodunda LPG istehsalı 3 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin iyun ayında Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR)məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu təqribən 28529 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Trend bubarədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun(EPDK) məlumatlarına istinadən xəbər verir.

Bu, 2024-cü ilin iyun ayında istehsal olunmuş 14 068 tonmayeləşdirilmiş neft qazı (LPG) ilə müqayisədə 20 247 ton və ya 3,4dəfə çoxdur.

STAR Neft Emalı Zavodu 2025-ci ilin iyun ayında 891 976 ton xamneft idxal edib. Bu göstərici 2024-cü ilin iyun ayı ilə (973 110ton) müqayisədə 29 623 ton və ya 3,4 faiz artım deməkdir.

İstehsalat, həmçinin, 178 721 ton aviasiya yanacağı, 133 963 tonnafta və 58 583 ton neft koksu istehsalını əhatə edib. Bundanəlavə, zavodda 28 529 ton mayeləşdirilmiş neft qazı (LPG) və 26 502tona yaxın yüksək kükürdlü dizel yanacağı da istehsal olunub.

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-dafəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinininteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ənböyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyontona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağıda daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cüildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimyakompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.

Chosen
32
6
az.trend.az

10Sources