AZ

STAR neft emalı zavodu iyunda neft idxalını artırıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan vəTürkiyədə yerləşən STAR Neft Emalı Zavodu 2025-ci ilin iyun ayında891 976 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilin iyun ayıilə (973 110 ton) müqayisədə 29 623 ton və ya 3,4 faiz artımdeməkdir.

Bu barədə Trend Türkiyənin Enerji Bazarlarını Tənzimləməİdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan dövrdə zavod təxminən 527 978 tondizel yanacağı istehsal edib.

İstehsalat, həmçinin, 178 721 ton aviasiya yanacağı, 133 963 tonnafta və 58 583 ton neft koksu istehsalını əhatə edib. Bundanəlavə, zavodda 28 529 ton mayeləşdirilmiş neft qazı (LPG) və 26 502tona yaxın yüksək kükürdlü dizel yanacağı da istehsal olunub.

Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci iloktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı iləneft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyəiqtisadiyyatının real sektorunda ən böyük investisiyalayihəsidir.

2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağıdaxil olmaqla, müxtəlif neft məhsulları istehsal edir. Zavodunillik nafta istehsalı, demək olar ki, Petkim neft-kimyakompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.

Seçilən
36
7
az.trend.az

10Mənbələr