Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan,Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında58 583 ton neft koksu istehsal edib.
Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının TənzimlənməsiQurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodunneft koksu istehsal həcmi 66 685 ton təşkil edirdi. Nəticə etibarıilə istehsalat həcmi illik ifadədə 8 102 ton və ya 12,1 faizartıb.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-dafəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinininteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ənböyük investisiyadır.
2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyontona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağıda daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cüildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimyakompleksinin xammala olan tələbatını, demək olar ki, tamödəyir.