Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan,Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında527 978 ton dizel yanacağı istehsal edib.
Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının TənzimlənməsiQurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodunistehsal həcmi 318 865 ton təşkil edirdi. Nəticə etibarı iləistehsalat həcmi illik ifadədə 209 113 ton və ya 65,6 faizartıb.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-dafəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinininteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ənböyük investisiyadır.
2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyontona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağıda daxil olmaqla, müxtəlif neft məhsulları istehsal edir və 2023-cüildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimyakompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.