Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan,Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında133 963 ton nafta istehsal edib.
Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının TənzimlənməsiQurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodunnafta istehsal həcmi 88 792 ton təşkil edirdi. Nəticə etibarı iləistehsalat həcmi illik ifadədə 45 171 ton və ya 50,9 faizartıb.
Qeyd edək ki, nafta neftin yüngül fraksiyalarından biri olub,əsasən, benzin və ya kerosin kimi məhsulların alınmasında istifadəolunur. Yəni nafta dedikdə neftin distillə prosesində əldə edilənyüngül maye yanacaq nəzərdə tutulur.
STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətəbaşlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasınıtəmin edir və Türkiyədə real sektora yatırılan ən böyükinvestisiyadır.
2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyontona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağıda daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cüildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimyakompleksinin xammala olan tələbatını, demək olar ki, tamödəyir.