EN

Mingəçevirdə yeniyetməni bıçaqladılar

Mingəçevirdə  yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, 16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-ın  sorğusuna  cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır. 

Chosen
16
4
avtosfer.az

10Sources