EN

Çimərlik futbolu: Millimiz yarımfinalda məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının (EBSL-2025) final mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb.

İtaliyanın Viarecco şəhərində təşkil olunmuş görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov dubla imza atıbsa, Comərd Baxşəliyev bir qol vurub.

Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, komandamız daha əvvəl A qrupunda Belçika yığmasını 5:4 hesabıyla məğlub etmiş, Litva seçməsinə 1:2 hesabıyla uduzmuşdu.

error: Məzmun qorunur!
Chosen
21
11
arena.az

10Sources