“Qalatasaray” futbol üzrə Türkiyə Super Kubokunun 2025-ci il mövsümünün həlledici oyununda iştirak hüququ qazanıb.
Arena.az xəbər verir ki, bu gün yarımfinalın ilk qarşılaşması baş tutub.
İstanbul nəhəngi finala vəsiqə uğrunda “Trabzonspor”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda “sarı-qırmızılar” darmadağınla qalib gələrək həlledici görüşə vəsiqə qazanıblar.
Digər finalçının adına sabah keçiriləcək “Fənərbağça” – “Samsunspor” matçında aydınlıq gələcək.
Türkiyə Super Kubokunun həlledici oyunu yanvarın 10-da keçiriləcək.
Türkiyə, Super Kuboku
Yarımfinal
5 yanvar
Qalatasaray – Trabzonspor 4:1
Qollar: B.A.Yılmaz, 38. E.Elmalı, 45+3. Y.Akgün, 63. M.İkardi, 81 – F.Auqusto, 55.
6 yanvar
21:30. Fənərbağça – Samsunspor
⇧
