Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Verder” öz meydanında UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın növbəti rəqibi olan “Ayntraxt”ı qəbul edib. 6 qolun vurulduğu görüşdə qalib aşkarlanmayıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “Ayntraxt” 7-ci pillədə qərarlaşıb. “Verder” isə 18 xalla 12-cidir.
Qeyd edək ki, “Ayntraxt” növbəti oyununu Bakıda “Qarabağ”a qarşı keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya 21:45-də start veriləcək.
18-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
18-ci tur
16 yanvar
Verder – Ayntraxt 3:3
Qollar: Njinma, 29. Staqe, 78. Miloşeviç, 80 – Kalimuendo, 1. N.Kollinz, 56. Knauff, 90+4.
17 yanvar
18:30. Borussiya (Dortmund) – Sankt Pauli
18:30. Köln – Maynts
18:30. Hamburq – Borussiya (Mönhenqladbax)
18:30. Hoffenhaym – Bayer
18:30. Volfsburq – Haydenhaym
21:30. Leypsiq – Bayern
18 yanvar
18:30. Ştutqart – Union Berlin
20:30. Auqsburq – Frayburq
