EN

U-21 millimiz “Səbail”ə qalib gəldi – ARENA.AZ

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) bu gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, millimiz Birinci Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.

Sözügedən komandalar Mərdəkandakı “Dalğa Arena”nın məşq meydanında üz-üzə gəliblər. Görüş Rəşad Eyyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Milli komandanın heyətində yeganə qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində bir sınaq matçına çıxacaq. Yığmamız ikinci yoxlama oyununu yanvarın 17-də Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” komandasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
10
9
arena.az

10Sources