EN

Dominik Kalvert-Lyuin – Premyer Liqada dekabrın ən yaxşısı! – ARENA.AZ

“Lids”in mərkəz hücumçusu Dominik Kalvert-Lyuin İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

28 yaşlı ingilis futbolçu dekabr ayında İngiltərə çempionatı çərçivəsində meydana çıxdığı 5 oyunda 6 qol vurub.

Dominik mükafat uğrunda mübarizədə Rayan Şerki, Fil Foden, Erlinq Haland (hamısı “Mançester Siti”), Morqan Rocers, Olli Uotkins (hər ikisi “Aston Villa”), Harri Uilson (“Fulhem”) və Uqo Ekitike (“Liverpul”) kimi futbolçuları qabaqlayıb.

İngilis futbolçu karyerasında 2-ci dəfə bu mükafata layiq görülüb. O, 2020-ci ildə “Everton”da çıxış edərkən sentyabr ayının ən yaxşı oyunçusu seçilmişdi.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, noyabrda isə “Brentford”un mərkəz hücumçusu İqor Tyaqo bu ada layiq görülmüşdü.

Dominik Kalvert-Lyuin İngiltərənin “Şeffild Yunayted” klubunun yetirməsidir. “Steylibric Seltik”, “Northemton Taun”, “Everton” kimi klublarda da forma geyinmiş hücumçu 2025-ci ilin yayından “Lids”in uğurları üçün çalışır. O, sözügedən komandanın heyətində 20 oyuna çıxıb, 9 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

İngiltərənin U-19, U-20 və U-21 yığmalarında da oynamış Dominik 2020-ci ildə əsas millidə debüt edib. O, İngiltərə millisinin heyətində meydana çıxdığı 11 oyunda 4 qol vurub.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
30
11
arena.az

10Sources