EN

Bundesliqa: “Bayern” “Leypsiq”ə də 5 qol vurdu – ARENA.AZ

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Hamburq” – “Borussiya” (Mönhenqladbax) və “Volfsburq” – “Haydenhaym” matçlarında qalib müəyyənləşməyib. Dortmund “Borussiya”sı “Sankt Pauli”ni, “Köln” “Maynts”ı, “Hoffenhaym” isə “Bayer”i məğlub yola salıb. Səfərdə “Leypsiq”lə qarşılaşmış “Bayern” isə rəqibi üzərində darmadağına sevinib.

18-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
18-ci tur
16 yanvar

Verder – Ayntraxt 3:3
Qollar: Njinma, 29. Staqe, 78. Miloşeviç, 80 – Kalimuendo, 1. N.Kollinz, 56. Knauff, 90+4.

17 yanvar

Borussiya (Dortmund) – Sankt Pauli 3:2
Qollar: Brandt, 45+1. Adeyemi, 54. E.Can, 90+6-pen – Sands, 62. R.Cons, 72.

Köln – Maynts 2:1
Qollar: Açe, 57; 85 – Bell, 29.

Hamburq – Borussiya (Mönhenqladbax) 0:0

Hoffenhaym – Bayer 1:0
Qol: Burger, 9.

Volfsburq – Haydenhaym 1:1
Qollar: Yens, 80 – Bek, 45+1.

Leypsiq – Bayern 1:5
Qollar: R.Kardozo, 20 – Qnabri, 50. H.Keyn, 67. C.Ta, 83. Pavloviç, 83. Olise, 88.

18 yanvar

18:30. Ştutqart – Union Berlin
20:30. Auqsburq – Frayburq

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
13
7
arena.az

10Sources