EN

“Sabah” “Mingəçevir”ə 9 qol vurdu – ARENA.AZ

Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən “Sabah” komandası bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 1-ci Liqada mübarizə aparan “Mingəçevir”lə üz-üzə gəlib.

Valdas Dambrauskasın komandası rəqibinə 9:1 hesabı ilə qalib gəlib. Qalib komandanın heyətində Xəyal Əliyev və Velko Simiç het-trikə imza atıblar. Digər qolları isə Umarali Rahmonaliyev (penalti), Kahim Parris və Tellur Mütəllimov vurublar.

Xatırladaq ki, paytaxt təmsilçisi daha öncə “Şamaxı” ilə üz-üzə gəlmiş və 2:1 hesablı qələbəyə sevinmişdi.

“Bayquşlar” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün geridə qalmış hissəsini 37 xalla zirvədə tamamlayıblar. Valdas Dambrauskasın komandası 16 oyuna 11 qələbə, 4 heç-heçə, 1 məğlubiyyət görüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
7
9
arena.az

10Sources