RU

Çinin məişət avadanlıqları istehsalçısı Azərbaycanda zavod açmağı planlaşdırır

Bakı. Trend:

Çinin "Youkai" şirkəti Azərbaycanda zavod açmaqniyyətindədir.

Bu barədə şirkətin rəhbəri Huanq Pinq ötən gün keçirilənAzərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransıçərçivəsində Trend-ə açıqlamasında deyib.

O, əvvəlcə şirkət barədə məlumat verib: "Bizim şirkət yüksəksəviyyəli məişət təmizləyici məhsullar istehsal edir. Məsələn,paltar yuyucu, mətbəx təmizləyici, eləcə də döşəmə təmizləyicivasitələr istehsal edirik.

Biz tədqiqat və inkişaf sahəsinə çox önəm veririk,innovasiyalara fokuslanmışıq. Bu səbəbdən bir çox beynəlxalqtanınmış brendlər üçün orijinal istehsalçı xidməti göstəririk.Məsələn, "Unilever" kimi şirkətlər və "FairPrice", "Lamb", "Bimax"kimi qlobal markalar üçün məhsullar istehsal edirik".

Şirkət rəhbəri Azərbaycanla əməkdaşlıq imkanlarınıdəyərləndirməyə hazır olduqlarını qeyd edib:

"Çin və Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. Busəbəbdən biz azərbaycanlı tərəfdaşlarla daha dərin əməkdaşlıqqurmağı ümid edirik.

Əgər biznes imkanları yaranarsa, biz Azərbaycanda bir zavodqurmaq və Azərbaycan xalqına daha çox yüksək keyfiyyətli məişəttəmizləyici məhsullar təqdim etmək istəyirik".

Məqalədə:
Избранный
236
2
az.trend.az

10Источники