RU

Döyüşüm buna qədər iki dəfə ertələnsə də, nəyahət Bakıda baş tutacaq - UFC döyüşçüsü

Bakı. Trend:

Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm, Bakını gəzmişəm, Xəzərdənizini görmüşəm – hər şey çox gözəldir.

Trend xəbər verir ki, bunuBakıda keçirilən mətbuat konfransında “UFC Fight Night Baku”nunamerikalı iştirakçısı, MMA döyüşçüsü Körtis Bleyds deyib.

“Döyüşün özünə gəlincə - mənim rəqibim top-döyüşçülər sırasındayer almır, buna görə də, döyüş məndə heç bir xüsusi entuziazmdoğurmur. Mənim üçün ən vacib olan yaxşı çıxış etmək və bonuslarqazanmaqdır. Rəqibim - hiperaktivdir və bu döyüş məndən çox onalazımdır. Döyüş buna qədər iki dəfə ertələnsə də, nəyahət burdaBakıda baş tutacaq”, -deyə Körtis Bleyds deyib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyuntarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaqdöyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqlaümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəkiçempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntreearasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçüRafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasındakeçiriləcək.

Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – NazimSadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottayavə qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – KlaudiyaSiqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, CənubiKoreya) – Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab(6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngülçəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova(9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) –Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov(16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakıardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – BoqdanQrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1,Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: KörtisBleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki:Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay(13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0,Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki:Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntree Jr. (14-6-0, ABŞ)

Məqalədə:
Избранный
13
12
az.trend.az

10Источники