RU

İngiltərə klubu portuqaliyalı baş məşqçi ilə müqaviləni uzatdı

BAKI. 21 iyun. TELEQRAF

İngiltərə "Nottingem Forest"i baş məşqçi Nunu Eşpritu Santu ilə müqaviləni uzadıb.

Teleqeaf klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin yayınadək nəzərdə tutulub.

51 yaşlı mütəxəssis komandaya 2023-cü ilin dekabrından rəhbərlik edir. Ötən mövsüm "Nottingem Forest" İngiltərə Premyer Liqasında 7-ci yeri tutub.

Избранный
11
teleqraf.com

1Источники