RU

Yığmamız Ermənistanı məğlub etdi

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, qızlardan və oğlanlardan ibarət komandalarımız uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.

Turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü Ermənistan komandasına 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.

İlkin mərhələdə Gürcüstan təmsilçilərinə 2:1 hesabı ilə qalib gələn Xədicə Hadızadə və Cəmilə Bəşirova dueti də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 finalda qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Избранный
46
33
football-plus.az

10Источники