Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kürdəmir rayonu, Ərşəli kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 2-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “KamAZ” markalı yük maşını yoldan çıxaraq qəzaya düşüb. İddialara əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Nəticədə idarəetməni itirən sürücü yük maşınını dərəyə aşırıb. Hadisə zamanı avtomobilə maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb. Qəzadan dərhal sonra yaxınlıqda olan vətəndaşlar köməklik göstəriblər. Belə ki, onlar aşan maşını əvvəlki vəziyyətinə qaytarıblar.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.