RU

“Konstromat” şirkəti 38 milyon manatlıq satışdan 4,4 milyon manat xalis mənfəət təmin edə bilib

Tikinti mareriallarının (əsasən Norm sement məhsullarının) satışını təşkil edən “Konstromat” şirkəti 2024-cü ili 4 milyon 409 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 4 milyon 374 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Konstromat” şirkətinin xalis mənfəəti 35 min manat artıb.

Marja.az xəbər verir ki, “Konstromat” şirkətinin satışdan gəliri 2023-cü ilddə 36 milyon 317 min manat ikən, 2024-cü ildə 38 milyon 17 min manata yüksəlib (1 milyon 700 min manat və ya 4,7% artıb). Gəlir ilə bərabər satışın maya dəyəri üzrə xərclər də artıdığından gəlirdəki artım mənfəətdə çox əks olunmayıb. 

Qeyd edək ki, “Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlayıb.

konstromattikintimaterialmənfəətgəlir
Избранный
12
6
marja.az

10Источники