RU

Goranboyda yol qəzası olub - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb.

Əslən Kəlbəcər rayonundan olan 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarəetdiyi “Niva” markalı avtomobili aşırıb.

Nəticədə maşında sərnişin qismində olan oğlu 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Избранный
194
34
anews.az

10Источники