Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci il yanvarın 1-nə qızıl külçələrə yatırımlarını əvvəlki illə müqayisədə 83 % artıraraq 21 milyard 2,767 milyon manata çatdırıb.
Fondun aktivlərində qızılın payı ötən il 12 % olduğu halda, bu il 20,5 %-ə yüksəlib.
“2024-cü ilin oktyabr ayında Fond geosiyasi risklər və dəyişən bazar tendensiyalarının mənfi təsirlərini azaltmaq, eyni zamanda portfeli diversifikasiya etmək məqsədilə qızıla investisiyanı davam etdirmək qərarı verib. 2025-ci maliyyə ilinin əvvəlindən konsolidasiya edilən maliyyə hesabatlarının təsdiqləndiyi tarixə qədər 989 min troy unsiyası qızıl alınıb”, – hesabatda bildirilir.
ARDNF 1999-cu ildə Prezidentin fərmanı ilə yaradılıb və onun əsas vəzifəsi ölkənin neft-qaz gəlirlərini bugünkü və gələcək nəsillərin rifahı naminə səmərəli idarə etməkdir.
N.Təbrizli