Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Premyer Liqa təmsilçisi Albaniyanın “Flamurtari” klubu ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Yoxlama oyunu
18:00. "Turan Tovuz" (Azərbaycan) - “Flamurtari” (Albaniya)
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda avqustun 5-də isə Mərakeş “Vidad”ı ilə oynayacaq.
İdman.biz