RU

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri BİLİNDİ

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubunu keçəcəyi təqdirdə "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" cütünün qalibi ilə qarşılaşacaq.
 
"Qarabağ" bu raunda ilk matçını 19-20 avqustda səfərdə, cavab görüşünü isə 26-27 avqustda evdə keçirəcək.
 
08:20
 
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkü atılacaq.
 
Moderator.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
"Qarabağ" 3-cü raundda "Şkendiya"nı keçəcəyi halda bu klublardan biri ilə qarşılaşa bilər: "Budyo Qlimt", "Seltik", "Malmö" - "Kopenhagen" cütünün qalibi, "Lex" - "Srvena Zvezda" cütünün qalibi, "Ludoqorets" - "Ferentsvaroş" cütünün qalibi.
 
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda olacaq.
 
Xatırladaq ki, pley-off mərhələsinin oyunları avqustun 19/20-də və 26/27-də keçiriləcək.
Избранный
16
1
moderator.az

10Источники