RU

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu - SİYAHI

Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb.

Operativ Media xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib.

Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsüm II Liqada çıxış edən "Şahdağ Qusar"ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da "400" səddini keçib. O, 421 oyunda iştirak edibm

İlk "üçlüy"ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.

Ötən mövsüm Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. "Qəbələ" ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

1. Rahid Əmirquliyev 451

2. Mahmud Qurbanov 421

3. Rəşad Sadiqov 392

4-5. Asif Məmmədov 388

Azər Məmmədov 388

6. Aslan Kərimov 382

7. Rəşad Abdullayev 378

8-9. Elvin Məmmədov 376

Maksim Medvedev 376

10. Vurğun Hüseynov 368

11. Aqil Məmmədov 363

12-13. İsmayıl Məmmədov 351

Qara Qarayev 351

14. Rəşad Sadıqov 343

15. İlkin Qırtımov 339

16. Elnur Abdullayev 334

17. Vüqar Nadirov 332

18. Urfan Abbasov 329

19. Rail Məlikov 328

20. Kənan Kərimov 327

21. Tural Axundov 324

22. Slavik Alxasov 319

23. Nadir Nəbiyev 316

24. Rauf Əliyev 315

25. Mübariz Orucov 311

26. Müşfiq Hüseynov 305

27. Ədəhim Niftəliyev 303

28-30. Arif Daşdəmirov 302

Kamal Quliyev 302

Rəhman Hacıyev 302

31. Mehman Yunusov 298

32. Viktor İqbekoyi 294

33. Aleksandr Çertoqanov 293

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

Избранный
28
13
operativmedia.az

10Источники