RU

Qvardiola "Real Madrid"in braziliyalısını istəyir

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real"ın yarımmüdafiəçisi Rodriqonun transferi ilə şəxsən maraqlanır.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "Siti"nin çalışdırıcısı 24 yaşlı braziliyalının transfer variantında israrlıdır. Bununla belə, müqavilə yalnız “Mançester Siti”nin “Tottenhem”in maraq dairəsində olan braziliyalı cinah oyunçusu Savionu itirəcəyi təqdirdə baş tuta bilər.

Rodriqo 2019-cu ildən "Real Madrid"də çıxış edir. O, 270 oyun keçirib, 68 qol vurub və 51 məhsuldar ötürmə edib.

"Transfermarkt" onun bazar dəyərini 90 milyon avro qiymətləndirir.

Избранный
89
33
operativmedia.az

10Источники