RU

Ərdoğan NATO-nun baş katibi ilə Putin-Tramp danışıqlarını müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə onun xahişi ilə telefon danışığı aparıb.

AzPost “Anadolu”ya istinadən bildirir ki, Türkiyə Cumhurbaşkanlığı Kommunikasiya İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı prezident Ərdoğan və NATO-nun baş katibi Mark Rutte Ukrayna ilə Rusiya arasındakı müharibədə son hadisələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq məqsədi ilə başlanan İstanbul danışıqları zamanı irəliləyişlərin əldə edildiyini və bu prosesin humanitar sahədə müsbət dəyişikliklərə səbəb olduğunu qeyd edib.

O, Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq məqsədi ilə başlayan İstanbul danışıqları zamanı irəliləyişin əldə edildiyini vurğulayıb. Türkiyə prezidenti bu prosesin humanitar sahədə müsbət dəyişikliklərə gətirib çıxara biləcəyi barədə fikir bildirib.

NATO-nun baş katibi Rutte ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska sammiti öncəsi Ukraynadakı son vəziyyəti dəyərləndirib.

Ərdoğan bildirib ki, Türkiyə Alyaskada keçiriləcək danışıqları diqqətlə izləyir.

AzPost.az

Избранный
4
azpost.info

1Источники