RU

İtaliyanın baş naziri Ağ Evdə Tramp-Zelenski görüşünə qatıla bilər

BAKI, 17 avqust. TELEQRAF

İtaliyanın Baş naziri Giorgia Meloni prezidentlər Donald Tramp və Volodimir Zelenski arasında avqustun 18-də Vaşinqtonda keçiriləcək görüşə qatılmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat yayıb.

Yazıda qeyd olunur ki, Meloni Ukraynadakı vəziyyətin həllində öz rolunu nümayiş etdirmək istəyir.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmerin Zelenski ilə Tramp arasında görüş üçün ABŞ-a gedib-getməyəcəklərinə qərar verəcəklər.

Избранный
130
35
teleqraf.com

10Источники