Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb.
"Report" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.