RU

Zelenski: Putin Kiyevə gələ bilər, mən Moskvaya gedə bilmərəm

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskvada danışıqlar aparmaq təklifini yenidən rədd edib...

APA xəbər verir ki, Zelenski “ABC News”a verdiyi müsahibədə Putinin Moskvada ikitərəfli sülh danışıqları aparmaq təklifini qəbul etmədiyini bildirib: “Putin Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raket atəşinə tutulur”.

Zelenskinin sözlərinə görə, müharibə şəraitində görüşmək istəməyən bir insan qeyri-real və qəbuledilməz təkliflər irəli sürə bilər: “Bu, mənim ondan Kiyevə gəlməsini tələb etməyimlə eyni şeydir”.

Ukrayna lideri hesab edir ki, Putin bu təkliflə əslində görüşü gecikdirməyə çalışır.

Poliqon.info

Избранный
5
16
poliqon.info

10Источники