RU

“Moskvaya getməyəcəyəm, Putin istəyirsə, Kiyevə gələ bilər” -

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada görüşmək təklifini qəbul etməyib. Metbuat.az xəbər verir ki, Zelenski ABC News-a müsahibəsində açıqlayıb ki, onun ölkəsinin hər gün raket hücumlarına məruz qaldığı vaxtda o Moskvaya gedə bilməz. Ukrayna lideri təkrar edib ki, Vladimir Putin əslində görüşmək istəmir və yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür:"Putin istəyirsə Kiyevə gələ bilər, mən bu terrorçunun paytaxtına gedə bilmərəm".

Qeyd edək ki, bir müddət əvvəl Vladimir Putin Zelenski ilə birbaşa təmaslara hazır olduğunu bəyan edib və Ukrayna prezidentinə Moskvaya gələrsə, “100 faiz təhlükəsizlik zəmanəti” veriləcəyini bildirib. Kremlin açıqlamasına görə, dəvətin məqsədi dialoq aparmaqdır, Zelenskini kapitulyasiyaya məcbur etmək deyil.

Избранный
5
1
metbuat.az

10Источники