RU

Zamiq Əliyev “Bilis”ə qarşı 3 dəqiqə oynadı

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 3-cü turu çərçivəsində “Bilis”lə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Əliyev bu görüşün 87-ci dəqiqəsində meydana buraxılıb.

“Eqnatiya” 3 turdan sonra 4 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən komanda 3 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 49 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

error: Məzmun qorunur!
Избранный
29
14
arena.az

10Источники