RU

Meşvildişvili DÇ-nin finalında!

Güləş üzrə Azərbaycan millisinin üzvü Georgi Meşvildişvili Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında finala yüksəlib.

Arena.az xəbər verir ki, bu gün güləş üzrə dünya çempionatına start verilib.

İlk yarış günündə 4 çəkidə sərbəst güləşçilər mübarizə aparıblar.

Nürəddin Novruzov (61 kq) 1/8 finalda iranlı Ahmad Mohammadnejadcavana 2:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Kənan Heybətov (70 kq) həm iranlı, dünya çempionatının 2 qat gümüş medalçısı Amirmohammad Yazdaniçeratiyə (15:4), həm də Baham adaları təmsilçisi Şannon Hannaya (10:0) tam üstünlüklə qalib gəlib. Onun 1/4 finalda ermənistanlı Avropa çempionu Arman Andreasyanla qarşılaşması gərgin mübarizə şəraitində keçib. Heybətov 6:3 hesablı üstünlük əldə etsə də, yekunda rəqibinə məğlub olub – 6:8.

Arseniy Djioyev (86 kq) debütdə Puerto-Riko təmsilçisi Ethan Ramosdan güclü olub – 5:2. Ancaq 1/4 finalda yaponiyalı Hayato İşiquroya 8:13 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Giorgi Meşvildişvili (125 kq) özbəkistanlı Xasanboy Raximova və macarıstanlı Vladislav Baytsayevə eyni hesabla (7:0) qalib gələrək karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Giorgi yarımfinalda polşalı Robert Baranla üz-üzə gəlib. Rəqibinə 2:0 hesabıyla qalib gələn Meşvildişvili karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada İranın titullu güləşçisi Amir Zare ilə üz-üzə gələcək.

error: Məzmun qorunur!
Избранный
15
3
arena.az

10Источники