RU

Trampdan Ərdoğana: Rusiyadan neft almağı dayandırın, o zaman Putin...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Mən Türkiyənin Rusiya neftinin alışını dayandırmasında israrlıyam”.

Globalinfo.az xəbər verir ki, bunu Ərdoğanla görüşdə ABŞ prezidenti Donald Tramp deyib:

“Bizim hərbi və ticarət sahəsində yaxşı əlaqələrimiz var. Rusiya Ukraynaya qarşı hərəkətlərini davam etdirdiyi müddətcə Ərdoğan Rusiyadan neft almağı dayandırmalıdır. Mən bunu çox istərdim”.

Tramp bəyan edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin sona çatmasına əhəmiyyətli təsir göstərə bilər.

“Düşünürəm ki, Ərdoğan istəsə, müharibənin taleyinə böyük təsir göstərə bilər. Hazırda o, çox neytral mövqe tutub. Amma Rusiyadan neft və qaz almamaq olar. Bu halda Rusiyanın vəziyyəti qəliz olacaq”, – Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
16
globalinfo.az

10Источники