“Kəpəz” futbol üzrə Azərbaycan çempionatlarında öz meydanında 20-ci dəfə böyükhesablı məğlubiyyətini alıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir.
Gəncə klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 9-cu turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub.
Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.
Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümünün turnir cədvəlində 3 xalla sonuncu pillədə qərarlaşıb. Komanda keçirdiyi 9 oyunda 1 qələbə qazanıb, 8 məğlubiyyətə üzülüb.

