Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda “Leççe” doğma meydanda son çempion “Napoli” ilə üz-üzə gəlib. Neapol təmsilçisi səfərdə çətin qələbəyə sevinib.
“Atalanta” – “Milan” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
9-cu turun qalan görüşləri oktyabrın 29-da və 30-da keçiriləcək.
İtaliya, A Seriyası
9-cu tur
28 oktyabr
Leççe – Napoli 0:1
Qol: Anqissa, 69.
Atalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4.
29 oktyabr
21:30. Roma – Parma
21:30. Komo – Verona
21:30. Yuventus – Udineze
23:45. Bolonya – Torino
23:45. Cenoa – Kremoneze
23:45. İnter – Fiorentina
30 oktyabr
21:30. Kalyari – Sassuolo
23:45. Piza – Latsio

