RU

Voleybol millimiz Tacikistan yığmasını asanlıqla yendi

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Tacikistan seçməsi ilə üz-üzə gəlib.

Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşmiş qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:0. İlk setdə 25:5 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub – 25:11, 25:9.

Xatırladaq ki, Azərbaycan millisi yarışdakı ilk oyununda İran yığmasını da üstələmişdi – 3:0 (25:11, 25:16, 26:24).

Voleybol millimiz İslamiadada Türkiyə və Əfqanıstan yığmaları ilə də qarşılaşacaq. Komandamızın növbəti matçı noyabrın 9-da Türkiyə yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İslamiada noyabrın 21-də başa çatacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
40
29
arena.az

10Источники