RU

Paul Simonis “Volfsburq”dan qovuldu - ARENA.AZ

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Volfsburq” əsas komandanın niderlandlı baş məşqçisi Paul Simonis ilə yollarını ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Buna səbəb isə komandanın uğursuz nəticələridir.

Hazırda “Volfsburq” Bundesliqanın turnir cədvəlində 10 turdan sonra 8 xalla 14-cüdür. Komanda keçirdiyi 10 oyunda cəmi 2 qələbə qazanıb, 2 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Paul Simonis bu ilin yayından “Volfsburq”u çalışdırırdı. Niderlandlı məşqçi bu komandanı bütövlükdə 12 oyuna çıxarıb. “Volfsburq” bu görüşlərdə 3 qələbə, 2 heç-heçə və 7 məğlubiyyət görüb.

Simonis daha öncə Niderlandda “Qou Ehed İqlz” komandasını da çalışdırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
41
22
arena.az

10Источники