RU

Overçuk: Azərbaycandan Ermənistana ixracı genişləndirmək planları var

Rusiya Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin çeşidini genişləndirməyi nəzərdən keçirir.

KONKRET.az “Rossiya 24”yə istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, taxılla yanaşı, gübrə tədarükü, həmçinin Ermənistandan Rusiyaya geriyə yük daşımalarının təşkili müzakirə olunur.

“Mühüm hadisə baş verib və bunu həqiqətən əlamətdar hesab edirik: Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstandan keçərək Ermənistan ərazisinə keçib. Bu, 30 ildən artıq müddətdə, Ermənistan və Azərbaycan müstəqil olduqdan sonra ilk dəfədir”.

Baş nazirin müavini əlavə edib ki, hazırda bu nəqliyyat dəhlizindən digər yüklərin, o cümlədən mineral gübrələrin daşınması üçün istifadə imkanları araşdırılır.

Overçuk onu da xatırladıb ki, bu yaxınlarda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar yola düşüb. Moskva və İrəvan eyni vaxtda əks istiqamətdə – Ermənistandan Azərbaycan vasitəsilə Rusiyaya daşınmaların təşkili imkanlarını müzakirə edirlər.

Rəsminin sözlərinə görə, bu cür addımlar yaxın vaxtlara qədər çətin görünsə də, indi praktiki əhəmiyyət kəsb etməyə başlayıb.

Избранный
25
9
konkret.az

10Источники