RU

İcbari sığorta bazarı böyüyüb

2025-ci ilin 11 ayında  Azərbaycanda icbari sığorta növlərinin hesabına 331,339 milyon manat sığorta haqqı toplanılıb. Bu da ötən ilin eyni dövü ilə müqayisədə 7 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 131,691 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4,5 % çoxdur.

Beləliklə, 11 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 40,7 manat olub.

2025-ci ilin yanvar-noyabrında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

Aytac

Избранный
14
4
anews.az

10Источники