RU

Qara Qarayev “Araz”a bu sözlərlə vida etdi – ARENA.AZ

“Araz-Naxçıvan”dan ayrılan Azərbaycan milli komandasının sabiq mərkəz yarımmüdafiəçisi Qara Qarayev klub rəhbərliyinə təşəkkür edib.

Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Təcrübəli oyunçu Naxçıvan təmsilçisi ilə bu sözlərlə vidalaşıb:

“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun”.

Xatırladaq ki, “Araz-Naxçıvan” ötən gün Qarayevin klubdan ayrıldığını açıqlayıb. O, klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.

Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi. O, cari mövsümdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyuna çıxıb. Qara “Araz-Naxçıvan”ın heyətində bütövlükdə 37 oyun keçirsə də, qol və məhsuldar ötürmə müəllifi olmayıb.

Qarayev əvvəllər “Qarabağ”da (445 oyun, 5 qol, 15 assist) və “Neftçi”də (28 oyun, 1 qol, 2 assist) çıxış edib. O, Azərbaycan milli komandasının heyətində də 77 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
23
6
arena.az

10Источники