RU

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - Polis əməkdaşları yaralandı

Türkiyənin hüquq-mühafizə orqanları ölkənin Yalova vilayətində radikal İŞİD qruplaşmasına qarşı əməliyyat keçirib.

“Yeni Sabah” xəbər verir ki, şübhəlilər silahlı müqavimət göstərərək polis əməkdaşlarına atəş açıblar.

Nəticədə yeddi polis müxtəlif dərəcəli xəsarətlər alıb. Bölgəyə xüsusi təyinatlı bölmələr göndərilib.

Məlumata görə, gecə saatlarında başlayan qarşıdurma bir neçə saat davam edib. Yaralanan polislərin həyatına təhlükə olmadığı, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Əsmətxanım


Telegram kanalımız
Избранный
25
13
yenisabah.az

10Источники