RU

Qriqorçuk 3-cü dəfə bu komandaya baş məşqçi təyin edildi – ARENA.AZ

Vaxtilə Azərbaycanda “Qəbələ” və “Neftçi”nin baş məşqçisi olmuş ukraynalı mütəxəssis Roman Qriqorçuk yendən “Çernomorets”ə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, təcrübəli məşqçi əvvəllər 2010-2014-cü və 2021-2024-cü illər aralıqlarında da “Çernomorets”in baş məşqçisi olub.

Roman Qriqorçuk azərbaycanlı futbolsevərlər üçün kifayət qədər tanış mütəxəssisdir. 60 yaşlı məşqçi 2014-2018-ci illər aralığında “Qəbələ”yə rəhbərlik edib. 2024-cü ildə isə o, “Neftçi”ni çalışdırıb. Ukraynalı mütəxəssisin xüsusilə də “Qəbələ”dəki fəaliyyəti daha uğurlu alınb.

Ukraynalı məşqçi karyerası ərzində “Dinaburq” (Dauqavpils), “Ventspils”, “Metallurq”, “Astana”, “Şaxtyor” (Soliqorsk) kimi komandalara da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
27
11
arena.az

10Источники