RU

Azərbaycanın FİFA referisi Hikmət Qafarlı növbəti dəfə təyinat aldı

Bakı. Trend:

Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edənhakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı davar.

Trend xəbərverir ki, o, B qrupunda keçiriləcək Ukrayna – Litva oyunununbirinci hakimi olacaq.

Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona köməkedəcəklər. Görüş yanvarın 25-i saat 19:00-da Kaunasdakı “JalgirisArena”da keçiriləcək.

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həminarenada baş tutan Ermənistan – Ukrayna görüşünə olub. Timekeeperkimi iş başında olan referi bu dəfə final mərhələsində ilk dəfəoyunun əsas hakimi kimi arenaya çıxacaq.

Məqalədə:
Избранный
82
11
az.trend.az

10Источники