RU

SEPAH-dan ABŞ donanmasına açıq ultimatum: Hörmüzdən keçə bilməyəcəksiniz

Hörmüz boğazında gərginlik yenidən yüksəlir.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ABŞ donanmasının bölgədəki fəaliyyətinə qarşı sərt bəyanatla çıxış edib.

Komandir bildirib ki, ABŞ hərbi gəmilərinin və müttəfiqlərinin Hörmüz boğazında tanker karvanlarına müşayiət etməsi cəhdləri İran tərəfindən qəbul edilməyəcək və buna qarşı hərbi tədbirlər görüləcək.

Onun sözlərinə görə, belə addımlar İranın raket sistemləri və pilotsuz sualtı aparatları ilə dayandırıla bilər.

Əlirza Təngsiri həmçinin ABŞ hərbçilərinin müşayiəti ilə bir neft tankerinin artıq Hörmüz boğazından keçdiyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

“ABŞ Donanması və müttəfiqlərinin Hörmüz boğazında hər hansı hərəkəti İranın raketləri və pilotsuz sualtı aparatları tərəfindən əngəllənəcək”, – deyə SEPAH komandiri bildirib.

 

Musavat.com

Избранный
83
50
musavat.com

10Источники