RU

“Sabah” 100-cü qələbəsinə sevindi – ARENA.AZ

2025/2026-cı illər mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib.

Bakı klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.

Hazırda Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” Premyer Liqanın cari mövsümündə 23 oyuna qazandıqları 56 xalla zirvədə qərarlaşıblar. 17 qələbə qazanmış komanda 5 heç-heçə və 1 məğlubiyyət də görüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
25
11
arena.az

10Источники