RU

İranın yeni rəhbəri xalqa ilk müraciətini etdi: “Digər cəbhələr açılacaq” –"Hərbi bazalara hucum davam edəcək"

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneyi xalqa ilk müraciətini edib.

Onun müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xameneyi bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır. O, Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu bəyan edib.

Xameneyi həmçinin bəyan edib ki, əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq.

O qeyd edib ki, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb. “Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin aktivləşdirilməsi həyata keçiriləcək”, – İranın Ali Rəhbəri vurğulayıb.

Müctəba Xameneyi “düşmənlərin etdiklərinin hesabını ödəyəcəyini” deyib:“Yenə təkrar edirəm: İran İslam Respublikası bölgədə hökmranlıq və ya müstəmləkəçilik yaratmaq istəmədən, bütün qonşularla birlik, əməkdaşlıq və qarşılıqlı səmimi münasibətlər saxlamağa tam hazırdır”, – o əlavə edib.

O, deyi ki, son hücum zamanı bəzi hərbi bazalardan istifadə edildi. “Təbii ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə qarşı birbaşa təcavüz etmədən, yalnız həmin bazaları hədəf aldıq”.

O, bundan sonra məcburi şəkildə qonşu ölkələrdəki hərbi bazaları vuracaqlarını qeyd edib: “Biz yenə də qonşularımızla dostluğun zəruri olduğuna inanırıq”.

Müctəba Xamenyi həmin ölkələri “İrana hücum edənlərlə bağlı” mövqelərini aydınlaşdırmağa çağırıb və tövsiyə edib ki, həmin hərbi bazaları mümkün qədər tez bağlasınlar.

Biz qonşularla dostluğa inanırıq-deyə bu barədə İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneyi xvurğulayıb. “Biz qonşularla dostluğa inanırıq, yalnız hərbi bazaları hədəf alırıq və zərurət olduğunu üçün bunu davam etdirəcəyik”, – o qeyd edib.

İran hərbçilərinə təşəkkür edən Müctəba Xameneyi xalqa birlik çağırışı edib, onları Qüds Günü yürüşündə iştiraka dəvət edib. Eyni zamanda, o, Ali Rəhbər seçilməsi ilə bağlı Ekspertlər Məclisinin qərarından İranın televiziya kanalı vasitəsilə xəbərdar olduğunu diqqətə çatdırıb.

AzPost.az

Избранный
45
50
azpost.info

10Источники