RU

İraqda milli komandaya görə 2 gün iş olmayacaq

style='margin-bottom:10px;'>

İraqda milli komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanması münasibətilə 2 gün iş olmayacaq.

QOL.az xəbər verir ki, İraq hakimiyyəti 1 və 2 aprel tarixlərini qeyri-iş günü elan edib.

Bu barədə İraq İnformasiya Agentliyinə (INA) məlumat yayıb. Sözügedən sərəncamı ölkənin baş naziri Məhəmməd əs-Sudani imzalayıb.

İraq millisi tarixində ikinci dəfə mundialda çıxış edəcək. Komanda ilk dəfə 1986-cı ildə turnirdə iştirak edib və qrup mərhələsində sonuncu yeri tutub.

Qeyd edək ki, İraq millisi I qrupunda yer alıb və burada Fransa, Seneqal və Norveç yığmaları ilə mübarizə aparacaq.

Избранный
38
1
teleqraf.com

7Источники