RU

Sülhün son şansı– Aprelin 21-də ABŞ və İranın ağır çəkili heyətləri görüşür

Türkiyənin "Anadolu" agentliyi Pakistanın yüksək rütbəli diplomatik mənbələrinə istinadən bütün dünyanı həyəcanlandıran şok məlumat yayıb.

Musavat.com xəbər verir ki, aprelin 21-də atəşkəs müddətinin bitdiyi saatlarda İran nümayəndə heyətinin ABŞ ilə ikinci raund danışıqlar üçün İslamabada gələcəyi gözlənilir. Tehran hələlik bu iştirakı rəsmən təsdiqləməsə də, diplomatik kulislərdə müharibənin taleyini həll edəcək bu görüş üçün hazırlıqların pik həddə çatdığı bildirilir.

İran nümayəndə heyətinə yenə parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edəcək, heyətdə xarici işlər naziri Abbas Əraqçi də yer alacaq. ABŞ tərəfini isə daha yüksək statuslu və prezident Donald Trampın ən yaxın çevrəsindən olan şəxslərin təmsil edəcəyi gözlənilir. Məlumata görə, vitse-prezident Cey Di Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner çərşənbə axşamı və ya bir qədər sonra İslamabada eniş edəcəklər.

Kuşnerin heyətdə yer alması Vaşinqtonun bu dəfə daha geniş və strateji bir razılaşma hədəflədiyindən xəbər verir. Masada İranın dondurulmuş 20 milyard dollarının taleyi, Hörmüz boğazının açılması və nüvə proqramının məhdudlaşdırılması kimi kritik məsələlər durur.

Pakistanın "Field-marşalı" Asim Munirin vasitəçiliyi ilə keçiriləcək bu görüş həm də aprelin 21-də bitəcək atəşkəsin uzadılıb-uzadılmayacağını müəyyən edəcək. Əgər bu heyətlər razılığa gələ bilməsələr, regionun cəmi bir neçə saat sonra genişmiqyaslı müharibə alovuna bürünəcəyi qaçılmaz görünür. Ekspertlər bu görüşü "21-ci əsrin ən çətin diplomatik bazarlığı" adlandırırlar.

Musavat.com

Избранный
25
50
musavat.com

10Источники