RU

Hörmüz böhranı neft qiymətlərini 90 dollara qədər yüksəldə bilər

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Qlobal neft bazarında Hörmüz boğazı ilə bağlı risklər fonunda qiymət proqnozları yenilənib.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, “Goldman Sachs” investisiya bankı Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu artırıb.

Qeyd olunub ki, bankın analitikləri əvvəllər 80 dollar səviyyəsində gözlənilən Brent neftinin dördüncü rübdə orta hesabla 90 dollar/barel ola biləcəyini proqnozlaşdırır.

Məlumata görə, bu dəyişiklik Fars körfəzindən neft tədarükündə mümkün kəskin azalma ilə əlaqələndirilir.

Bildirilib ki, “Goldman Sachs” regiondan ixracın yalnız iyun ayının sonuna qədər bərpa olunacağını ehtimal edir.

Qeyd edilib ki, cari rübdə bazarda gündəlik təxminən 9,6 milyon barel təklif çatışmazlığının yaranacağı gözlənilir.

Məlumata əsasən, bank eyni zamanda qiymətlərin daha da artması və bunun qlobal iqtisadiyyata mənfi təsiri ilə bağlı risklərin mövcud olduğunu da vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
44
redaktor.az

10Источники